PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » Təhsil

Təhsil siyasəti ilə bağlı baxışınız nədir? İbtidai, ikinci dərəcəli, ali və profesional təhsilin səviyyəsin və keyfiyyətin qaldırmaq üçün hansı siyasəti yürüdəcəksiz?

Təhsil, eləcə də digər sahələrdə, problem ixtisaslaşdırmanın çatışmamazlığıdır. Məktəblərin texnoloji bazasının yeniləşdirilməsi, tikililərin abadlaşdırılması yaxşıdır, amma bu müəllimin funksiyasını dəyişmir. Məktəb təhsilinin səviyyəsini yüksəltmək istəyiriksə əsas diqqət müəllimlərə yetirilməlidir. Hazırda müəllimlik prestijsiz sənətdir və bacarıqlı adamlar bu ixtisasa qəti həvəs göstərmirlər. Bunun üçün məktəblərin maddi-texniki təchizi ilə yanaşı müəllimin nüfuzu və adı-şöhrəti də yüksəldilməlidir.

Təhsil sistemi ilə birgə elmin inkişaf imkanları da müzakirə edilməlidir. Bizim elmimiz mütləq qlobal elmi prosesin hissəsinə çevrilməlidir. Bizi kimi kiçik və kasıb ölkə müstəqil halda elmi inkişafına nail ola bilməz. Avropa ya da digər elmi mərkəzlərdə aparılan tədqiqat işlərinin müəyyən komponentlərinin Gürcüstanın elmi mərkəzlərində gerçəkləşdirilməsinə nail olmalıyıq. Beləliklə alimlərin yeni nəslini yetirəcək təməllər qurmalıyıq.

Müvafiq effektin əldə edilməsi üşün təhsilə və elmə “ÜDM” –nın 5%-i sərf edilməlidir .

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.