PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Giorgi Marqvelaşvili » İqtisadiyyat

İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökümətinə nə təklif edəcəksiz?

Ölkə strategiyasının əsas vəzifəsi hərtərəfli iqtisadi yüksəlişdir. Hər vətəndaş əldə edilən müsbət nəticələrdən faydalanmalıdır və iqtisadi yüksəliş prosesində əhalinin hamılıqla iştirakı mümkün olmalıdır.

Bizim prioritetlərdir: Sabit mühit yaratmaq, yeni texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, bazarların genişləndirilməsi, gürcü məhsulunun ixracının mükafatlandırılması, ölkənin istehsalat, energetika və nəql potensiyalının yüksəldilməsi, beynəlxalq iqtisadi layihələrdə daha intensiv iştirak etmək.

Biznes və sahibkarlar üçün əlverişli şəraitlərin yaradılmasına başladıq və inkişafını davam etdirəcəyik. Bu istiqamətdə güzəştə borclar və biznesinkubatorlarlar proqramları inkişaf etdirilir.

Kənddə urban həyatı qaydalarının təsbit edilməsi üçün kənddə həyat tərzini cəzbli edən, mülki-mədəni infrastrukturun yaradılmasına yardım göstərəcəyik, xüsusən də gənclərin kənddə bərkiməsinə böyük diqqət yetiriləcək. Kənddə mükəmməl həyat imkanlarının yaradılması ilə yanaşı miqrasiya və demoqrafik problemlərdən can qurtaracağıq.

Müasir dünyada iqtisadiyyat müvəqqəti resurslara əsaslana bilməz, təbii resurslardan da, biliklə yanaşaq, yaxşı və daha effektli istifadə edə biləcəyik – nəyinki biliksiz.

İqtisadi proseslərə əsas təkanverici kimi biz müvəqqəti resurslar deyil, insan intelektini tanımalıyıq. Bunun üçün insan kapitalının inkişafı və təhsil sisteminin islahatı vacibdir.

Hər birimizin intelektual potensiyamızı tam istifadə etməklə Gürcüstanı, güclü, görkəmli və maraqlı ölkəyə çevirəcəyik.

Gürcüstan daim inkişafa can atan ənənəvi və Avropa dəyərlərinə əsaslanan rifah ölkəsi olacaq.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.