PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » İqtisadiyyat

İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökümətinə nə təklif edəcəksiz?

Yeni konstitusiya əsasında iqtisadi təşəbbüslər prezidentin səriştəsinə daxil deyildir, lakin şübhəsiz ki müəyyən baxışa malikəm.

Gürcüstanın mühitində dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsi minimal şəkildə olmalıdır. Harda lazım gələrsə, orda “ağıllı tənzimləməyə” yol verilməlidir.

İqtisadiyyatın əsas təkanverici güvvəsi insanların işgüzar fəallığıdır və dövlətin əsas funksiyası bu fəallığa əngəltörədən amillərin ləğv edilməsidir. əvvəlcə insanlarda siyasi və hüquqi sabitlik hissi yaranmalıdır və bu baxımdan əmlakın toxunulmazlığı mühüm həlledici amildir.

Hesab edirəm ki yoxsulluğun və işsizliyin dəf edilməsinin real yolu istehsalata yönəldilmiş iqtisadi inkişafdadır. Bunun üçün lazımdır ki dövlətin əsas resursları istehsalatın inkişafına və xarici ticarət defisitinin azaldılmasına yönəldilsin.

Gürcüstanda hələlik uzunmüddətli iqtisadi layihələr çox azdır. Bu vəziyyət dəyişməlidir. Pensiya/sosial sığorta fondlarının təsisi, sənayenin inkişaf fondunun yaradılmaıs və ölkənin kredit reytinginin yüksəldilməsi nəticəsində “uzun pul” hasilə gətirilməlidir. Bu pul uzunmüddətli layihələri və iqtisadi yüksəlişi təmin edəcəkdir.

İnflasiyanı nəzarətə alıb onu 3-4 faiz çərçivəsinə salmalıyıq. Hazırki deflasiya prosesi xətərli (riskli) görünür. Monetar siyasətində müəyyən dəyişikliklərin aparılması yol verilə bilər.

İqtisadi siyasəti müəyyən edərkən, digər hallarda oldyuğu kimi, əsas odur ki vəzifəni düzgün təyin edəsən. Yəni problemi konkretləşdirdikdən sonra onun həll yollarının dəqiqləşdirək. məsələn, kənd məskunlarının acınacaqlı vəziyyəti haqqında çox danışırlar, amma iş irəli getmir. Bu ona görədir ki vəzifə aqrar sektorun istiqamətlərindən birinin yaxşılaşdırılmasına

yönəldilmişdir. Problem isə olduqca miqyaslıdır. Vəzifəmiz onları yoxsulluqdan çıxarmaqdır. Aqrar sektor bu vəzifəni yerinə yetirməkdə yəginki acizdir, çünki yetərli imkanlara malik deyildir. İqtisadiyyatın digər sektorlarının inkişafı vacibdir və kənd təsərrüfatında çalışan adamlarının sayı azaldılmalıdır. İqtisadiyyat hansısa sahənin inkişafının ümidinə qala bilməz iqtisadiyyat bütövlükdə yeni iş yerləri yaratmalıdır.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.