PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Nino Burcanadze » Səhiyyə

Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və eləcədə ona çatımlılıq imkanını asanlaşdırmaq üçün hansı siyasəti yürüdəcək və konkret qərarlar qəbul edəcəksiz?

İstəyimiz xalqımızın sağlam olmasıdır. Bu baxımdan vacibdir: nizam-intizamlı, əhalinin tibbi tələbatına yönəldilən və ədalətli səhiyyə sisteminin olması; diqqət xəstəliyin prevensiyasına verilməlidir, lakin səhhət pisləşdikdə, hər bir şəxs bilməlidir ki, o bu çətinlik qarşısında yalnız deyildir, onun arxasında bütün dövlət dayanır. Səhiyyə sisteminin bacarıqsızlığı, biganəliyi və xəstənin imkansılığı ucbatından heç kəs həyatını itirməməlidir..

Dövlət səhiyyə zəmanətləri həqiqətən ədalətli və hamı üçün olmalıdır.

İlkin səhiyyə mütləq möhkəmləndirilməlidir. Bu mühüm sahəyə qarşı indiyəqədərki deklarativ münasibət, nəhayət dəyişməlidir. Vurğu  real olaraq xəstəliyin ilkin stadiyasında müayinə və müalicə edilməlidir. Xəstə üçün də ölkənin iqtisadiyyatı üçün də bu əlverişlidir. Xüsusi diqqət keçmiş məhəllə həkimlərinə (indilikdə ailə həkimlərinə) yetirilməlidir. Bunlar ümumi tibbi yardım mütəxəssisləri olduöundan onların gördükləri işə münasib iş şəraitləri də olmalıdır. Bu mütəxəssislərin ağır əməyini real qiymətləndirməliyik.

Ambulatoriya profili üzrə diaqnostik – müalicə yardımının möhkəmləndirilməsilə yanaşı, əhalinin dava-dərman vasitələrilə təmin edilməsinin dövlət sxemləri yaradılmalı və səhmana salınmalıdır ki, dərmansızlıq və ev şəraitində səhv müalicəyə yol verilməsi üzündəın nəticələnən ağır vəziyyətdən qoruna bilək.

Səhiyyə sistemində yüksək ixtisaslı yaxşı mütəxəssiz həlledici haldır. Bu baxımdan dövlət tərəfindən müvafiq diqqət və cəhdlər zəruridir: - müasir tələbatlara uyğun baza və sonrakı fasiləsiz tibbi təhsil almaq imkanı, müvafiq iş şəraiti və ödəmə imkanı yaradılacaq ki başqasının ağrısına şərik ola bilsinlər və özləri də ləyaqətli həyat yaşaya bilsinlər.

Tibbi yardım sisteminin müxtəlif sahələrinin effektiv və məqsədyönlü fəaliyyəti.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.