PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Giorgi Marqvelaşvili » Ərazi bütövlüyü

Ərazi bütövlüyünü bərpa etmək və insanlar arasında qarşılıqlı inamı yüksəltmək üçün hansı siyasəti dəstəkləyəcəksiz?

Münaqişənin güc tətbiq etmədən  həlli ölkənin dəyişməz kursudur, bu kurs tanınma siyasətinə və ölkənin deokupasiya prosesinə əsaslanır.

Bizim üçün abxaz və osetin qardaşlarımızla bilavasitə münasibətlərin yaradılması, okupasiya xətlərilə ayrı düşən əhali arasında etimadın bərpası və yaxınlaşma prioritetidir. Abxaz və Sxinvali regionunda yaşayan həmyerlilərimizlə nailiyyət qazanacaq ölkənin, avropa quruluşu azad, demokratik və sabit ölkənin çiyin-çiyinə qurmasını təklif edirik. Belə bir dövlət hər bir vətəndaşın rifahının, etnik, dini və mədəni eyniyyətinin saxlanmasının və onların siyasi hüquqlarının toxunulmazlığının qarantı olacaqdır. 

Gürcüstan üçün Abxaziya və Sxinval regionunun deokupasiyası və ərazi bütövlüyün bərpası xüsusi əhəmiyyət kəsb edir.

Cenevrə danışıqlarının müvəffəqiyyətlə aparılması, avroittifaqın müşahidəçilər missiyasının və beynəlxalq təşkilatlarının qatılmalarının artırılması, həmçinin strateji tərəfdaşlarla koordinasiyanın möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Rusiyanın rolunu yaxşı dərk edirik Rusiya ilə iqtisadi, ticari, mədəni əlaqələrin bərpası və etimad mühitinin yaradılması üçün əlimizdən gələni əsirgəmirik. Lakin, eyni zamanda, məqsədimizdən dönmürük – bu yolda azadlığımıza, müstəqilliyimizə və ləyaqətimizə kölgə salacaq heç nəylə razılaşmarıq.

Bu kompleks səy qaçqınların və köçgünlərin, təhlükəsiz və layiqli qayıtmasına yardım göstərəcək, onların hüquqlarının müdafiəsinə və azadlıqlarının gerçəkləşdirilməsinə möhkəm zəmanətlər yaradacaq

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.