PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » Ərazi bütövlüyü

Ərazi bütövlüyünü bərpa etmək və insanlar arasında qarşılıqlı inamı yüksəltmək üçün hansı siyasəti dəstəkləyəcəksiz?

Gürcüstanın ərazi münaqişələrinin həlli mürəkkəb məsələdir. Asan çıxışa ümidimiz olmamalıdır. Keçmişdən ibrət almağı öyrənməliyik və bu problemə ehtiyatla və dərklə yanaşmalıyıq.

Bizim münaqişələrin həll edilməsi çoxtərəfli beynəlxalq prosesdir. Bu prosesin bəzi məsələlərində möhkəm mövqeyə malikik və bu “kozir”dən istifadə etməliyik. Əsas vurğunu münaqişənin humanitar cəhətinə, yəni qaçqınlar və onların hüququna etməliyik. Bu insanların öz torpaqlarına şərtsiz qayıtmaq hüququna malik olduqlarının tanınmasına nail olmalıyıq və sonra bu prosesin təmin edilməsinin siyasi, hüquqi və təhlükəsizlik mexanizmlərini düşünməliyik.

Separatçı regionlarla münasibətdə hazırkı hakimiyyətin siyasəti passivdir və hadisələrə yalnız boş-hünərsiz reaksiya bildirməklə məhdudlaşır. Belə hərəkət bizim üçün ölümcül zərbədir. Onlarla münasibətimizdə tanımamanın fəal siyasətini işə salmalıyıq, ümumi maraqlar şəbəkəsi yaradaraq etimad mühiti yaratmalıyıq və insanın ümumi hüquqları əsasında Gürcüstanın daxili məkanında onların siyasi, iqtisadi, sosial və mədəni inteqrasiyasının vektorlarını qurmalıyıq. Həmçinin, münaqişə regionları demilitar zona kimi elan edilməlidir, təhlükəsizlik zəmanətinin mexanizmləri təyin olunmalıdır. Qaçqınlar isə şərtsiz öz evlərinə qayıtmalı və onlara kompensasiya verilməlidir.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.