PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » Cinsi azlıqların hüquqları

Cinsi azlıqların hüquqlarını müdafiə etmək və onların cəmiyyətin sosial-siyasi həyatına daha yaxşı inteqrasiyası etməsi ilə bağlı düşüncələriniz nədir?

Gürcüstan xristian sivilizasiyasının aləminin bir parçasıdır və müvafiq qaydalarla da yaşayır. İnsan həyatının toxunulmazlığı, əmlak hüququ, ailə institutu, şəxsi və milli ləyaqət bizim üçün əhəmiyyət kəsb edən dəyərlərdir.

Belə hesab edirik ki hər bir kəs özünü cəmiyyətin layiqli üzvü hiss etməlidir və hər hansı əlamətlə fərqlilik onlara qarşı zorakılık yaxud hüquqi məhdudluğun əsası olmamalıdır. Daha dəqiq desək nə etnik mənsubiyyətinə görə bir kimi sıxışdıra bilərik və nə də qeyri-ənənəvi seksual istiqamətinə görə onu cinayətkar hesab edə bilərik. Bütün bunlar insanın şəxsi həyatına mənsub şeylərdir və nə dövlətin, nə də siyasətin qarışacağı deyildir.

Dövlətin işi odur ki, gürcü dilinin dövlət statusunun möhkəmlənməsini təmin etsin, etnik azlıqlar üçün gürcü dilinin tədrisini maliyyələşdirərək dilin mənimsənməsində yardım göstərsin. Həmçinin bir tərəfdən, ənənəvi ailə institutunu hərtərəfli möhkəmləndirsin və ikinci tərəfdən qeyriənənəvi seksual istiqamətli insanlara qarşı zorakılığa yol verməsin.

Eyni zamanda qeyd etməliyik ki bircinsli nikaha tərəfdar ola bilmərik, çünki nikahın ənənəvi anlayışı ilə ziddir. Nikah anlayışının məzmununu nə üçün dəyişməliyik? Bilirik ki nikah qadın və kişinin əlaqəsini nəzərə alır. Bircinslilərin nikahı isə iki hər hansı şəxsin əlaqəsi deməkdir. Bu halda mənim sualım var – nə üçün yalnız iki? Yəqin aydındır ki, cəfəngiyyata gedib çıxırıq.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.