PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Giorgi Marqvelaşvili » Qadınların siyasi həyatda iştirakı

Xahiş edirik, qadınların siyasətdə iştirakını artırmaq üçün mövqeyinizi (əgər varsa) bildirəsiz.

Gürcüstanda qadınların siyasətə qatılması Avropa ölkələrinin orta göstəricilərindən çox aşağıdır.

Keçən seçgilərə qədər parlamentdə qadınların miqdarı yalnız 6% idi, bu daki atətin üzvü ölkələr arasında ən aşağı göstəricidir. Vəziyyət az-çox 2012-ci ilin parlament seçkilərində nisbətən yaxşılaşdırılmışdır, lakin qadınların milli qanunvericilik orqanlarında, eləcə də yerli özünüidarəetmə orqanlarına və icraçı hakimiyyətində təmsil olunmaları nominal vəziyyətdə qalır.

Qadınlar əhalinin yarısını təşkil edirlər, bunun üçün demokratik ədalət tələb edir ki, onların qərar qəbul etmə proseslərində iştirakı adekvat olsun. əhalinin yarısının parlamentdə 6,10,15% təmsil olunduğu halda həqiqi demokratiyadan söz aça bilmərik. Gürcüstan bu istiqamətdə beynəlxalq təcrübədən çox şey öyrənməlidir. əvvəlcə, bu məsələnin ictimai və siyasi gündəmə gətirilməsi vecibdir. Bunun  üçün hakim dəstənin və ümumiyyətlə siyasi ehtivanın siyasi idarəsi böyük əhəmiyyət kəsb edir.

İctimaiyyətlə iş aparma çox vacibdir. Qadının rolu haqqında stereotip baxışlarla birgə dəf etməliyik və ictimai konsensus əsasında elə cəmyyət yaratmalıyıq ki, hər qadının özünürealizə imkanı olsun. Qadınlar hakimiyyət sahəsində olmalı və qərar qəbuletmədə iştirak etməlidirlər. Gürcüstanın demokratik, insan hüquqlarına əsaslanan səmiyyət kimi qurulmasınd qadınların rolu qiymətverilməzdir.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.