PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » Strateji partniyorluq

Hansl ölkə/ və ya ittifaqlarla (alyanslarla) strateji partniyorluğun eləcədə, hərbi strateji partniyorluğun qurulmasına çalışacaqsız? Bu istiqamətdə hansı addımları atacaqsız?

Gürcüstanda qərb istiqamətinin tərəfdarı və qarşıduranları çoxdurlar, onların müxtəlif arqumentləri var. Demokratiyanı, mülki cəmiyyəti, söz azadlığını və sahibkarlığın azadlığını arzulamayan insan tapılmaz. Qərb elə budur – müvafiq dəyərlər və təsisatlar. Bizdə bütün bunlar hələ hasil olma gedişindədir və başa çatması üçün yardım gərəkdir. Demokratiyanın, mülki cəmiyyətin söz və sahibkarlıq azadlığının tərəfdarı olan müttəfiqi onlardamı axtarmalıyıq, Rusiyadamı? Çindəmi? İrandamı? əlbəttə, belə müttəfiq yalnız qərbdədir.

Müasir dövlət təsisatlarının yaradılması üçün lazımı bilik Gürcüstana lazım idi və indi də lazımdır. Belə biliyi yalnız qərbin köməyilə əldə edə bilərik. Bundan başqa qərb bizə texnologiyalar, universitet təhsili, bazar, təhlükəsizlik təklif edir.

Qərbin böyüklüyü və imkanları bizi qorxutmamalıdır. Gürcüstan böyük mədəniyyətlərlə öz unikallığına xələl gətirmədən uyğunlaşa bilirdi. Belə ki, inanırsınızsa, yeni bilik və dəyərlər üçün açılmalıyıq. Yalnız beləliklə möhkəmlənə bilərik.

Rusiya məsələsi xüsusən nəzərə çarpandır. Rusiya ilə münasibətimizidə bunu bilməliyik ki, onu tərbiyə etmək bizə qalmamışdır. Əgər Rusiya nə vaxtsa qərb tipli milli dövlət olmaq istəsə biz ancaq alqışlayarıq, lakin bunu gözləyə bilmərik. Rusiya olduğu kimi var və biz də onunla münasibətdə bunu nəzərə almalıyıq.

Rusiya bizə nə təklif edə bilər? Bizlə pis rəftar etməməkdən başqa heç nə. Rusiya nə yeni siyasi ideyalara, nədəki layihələrə malik deyildir. “Avrasiya İttifaqı” adlandırılan təşkilat Sovet İttifaqının eynisidir, başqa heç nə deyil. Rusiya bizə ondan keçməklə qərblə münasibət qurmağı təklif edir. Nə üçün?  XIX əsrdə ki yaşamırıq və qərblə birbaşa vasitəçisiz əlaqə qura bilərik.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.