PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Giorgi Marqvelaşvili » Kənd təsərrüfatı torpaqları

Xarici vətəndaşların Gürcüstanda kənd təsərrüfatı torpaqları almasına münasibətiniz?

Dövrümüzdə torpaq xüsusən əhəmiyyətli resursdur. Qlobal xətərlər və planetdəki əkin-səpin torpaqlarının ilbəil azalması bizim torpaq resurslarını daha da qiymətə mindirərək ona ehtiyatla yanaşmağa məcbur edir. Torpaq haqqında danışarkən, nəzərdə sadəcə sahə kəsiyi deyildir, yüzillər gərək olan münbit zəminlərin formalaşdığı resurs torpaqlar nəzərdə tutulur. Bu üzdən torpaq dövlət əhəmiyyətli məsələdir. İkinci tərəfdən isə, kənd əhalisinin torpağa xüsusən münasibətini də nəzərdən qaçırmamalıyıq – torpaq onlar üçün sadəcə gəlir mənbəyi deyildir. Onların eyniyyəti torpağa, əcdadlarının yurduna, keçmişə bağlıdır. Onlar əkincidirlər və mənliklərini torpağa münasibətdə qavrayırlar. Dövlət əhalinin bu təlatumunu dəyərləndirməli və onların kənddə qalaraq çalışmalarına imkan yaratmalıdır, eyni zamanda onların həyatının maraqlı keçməsi üçün də lazımı şəraitlər yaratmalıdır.

Kənlini çətinliklər qarşısında tək qoymamalıyıq. Becərdiyi məhsulu sata bilmədiyindən aciz vəziyyətə buraxılmamalıdır. Dövlətin məsuliyyəti bundan da ibarət olmalıdır.

Əcnəbilərə torpağın satılması haqqında deyə bilərəm ki, problem o deyildir ki, hansı millətin nümayəndəsi torpaq alır, əsas məsələ aldığı torpağa – bu xalq resursuna necə yanaşır nə məqsədlə istifadə edir. Yerli əhali üçün bir fayda verirmi? Söhbət meşələrin məhrindən və torpaqların qurutmasında gedirsə bunu kim tərəfindən edilməsi (əcnəbimi, gürcümü) vacib deyil. əvvəlki hakimiyyətin siyasəti kəndlilərin həyatını dözülməz vəziyyətə gətirdi. Kəndlilər gəlir gətirməyən torpaqları əcnəbilərə satmağa məcbur qaldılar. Biz əcnəbilərə torpağın özgələşdirməsini qadağan etməliyik, kəndlilərə alternativa təklif etməliyik.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.