PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN BAXIŞLARINI MÜQAYİSƏ ET

Müqayisə

Zürab Karatişvili » Təhlükəsizlik siyasəti

Gürcüstanın milli təhlükəsizlik ilə bağlı fundamentl prinsiplərini necə görürsüz?

Ölkənin inkişafında təhlükəsizliyin təmin edilməsi ən böyük əhəmiyyət daşıyır. Gürcüstan yalnız iki istiqamət seçimi qarşısında dayanmışdır. Gürcüstan hansısa hərbi alyansa qatılır, ya da öz qüvvələrilə təhlükəsizliyi təmin edir. Bizim iqtisadi və texnoloji imkanlarını nəzərə alaraq hərbi müttəfiqin axtarışı məqsədyönlü görünür.

NATO hərbi-siyasi blokdur, onun üzvlüyü müasir dünyada təhlükəsizliyin ən böyük zəmanətini verir. Gürcüstanın NATO üzvlüyünü qazanmaq istəyində qəribə heç nə yoxdur. NATO-nun alternativası haqqında düşünsək, nəzərə almalıyıq ki, bu alternativa təhlükəsizliyin eyni səviyyəsini və keyfiyyətini vəd edir.

Bizə üç böyük və hərbi nöqteyi-nəzərdən qüvvətli dövlət həmsərhəddir – Türkiyə, İran və Rusiya. Türkiyə NATO-nun üzvüdür və onunla alyans NATO-yla üzvlük kimidir. İranla hərbi müttəfiqlik qərblə ziddiyyət deməkdir, belə şey bizim strateji maraqlarımıza daxil deyildir. Qaldı Rusiya, onunla hərbi münaqişəmiz var və hələlik o bizi eyni hüquqla tərəfdar kimi qəbul etmir. Həmçinin, İranla ya da Rusiya ilə hərbi müttəfiqlik bizi beynəlxalq terorizm ya nüvə silahının qeyrileqal yayılmasından qoruya

bilməyəcək. Rusiyanın özünün şimal Qafqazda çətinlikləri var və bununla belə təcrübə göstərdi ki onun vədləri etimad qazanmır.

Şərhinizi əlavə edin

Təhlükəsizlik şifərsi:

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.