Aşağıdakı anket 2013-cü il Prezident seçkilərində iştirak edən bütün namizədlər üçün açıqdır. Maraqlanan namizədlər doldurulmuş anket formasını 20 oktyabr 2013-cü ilə qədər contact@nimd.ge e-mail ünvanına göndərə bilərlər.

Anketi endirin

Aşağıdakı suallara cavab verməyiniz xahiş olunur. Cavablar 250 sözdən artıq olmamlıdır. Bəzi sualları cavabsız qoya bilərsiz.  

1. Vizion (Baxış): Gürcüstanın prezidenti kimi, sizin ən böyük məqsədiniz nə olacaq? 

2. Təhsil: Təhsil siyasəti ilə bağlı baxışınız nədir? İbtidai, ikinci dərəcəli, ali və profesional təhsilin səviyyəsin və keyfiyyətin qaldırmaq üçün hansı siyasəti yürüdəcəksiz?

3. Vergiqoyma: Sizin fikirinizcə, Gürcüstan üçün hansı vergi sistemi məqbuldur və hansı prinsiplərə əsasən gəlir vergisi təyin edilməlidir?

4. İqtisadiyyat: İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökümətinə nə təklif edəcəksiz?

5. Məşğulluq: İşsizlik problemini həll etmək üçün hökümət hansı siyasəti həyata keçirməlidir?

6. Səhiyyə: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və eləcədə ona çatımlılıq imkanını asanlaşdırmaq üçün hansı siyasəti yürüdəcək və konkret qərarlar qəbul edəcəksiz?  

7. Sosial Təhlükəsizlik:  Sosial təhlükəsizliyi inkişaf etdirmək üçün hansı siyasəti həyata keçirəcəksiz?

8. Yerli özünü idarəetmə:  Sizin fikirinizcə, Gürcüstanda yerli özünü idarəetmə necə təşkil olunmalıdır?  
9.  Ərazi bütövlüyü:  Ərazi bütövlüyünü bərpa etmək və insanlar arasında qarşılıqlı inamı yüksəltmək üçün hansı siyasəti dəstəkləyəcəksiz?

10. Cinsi azlıqlar:  Cinsi azlıqların hüquqlarını müdafiə etmək və onların cəmiyyətin sosial-siyasi həyatına daha yaxşı inteqrasiyası etməsi ilə bağlı düşüncələriniz nədir?

11. Qadınların siyasətdə iştirakı:  Xahiş edirik, qadınların siyasətdə iştirakını artırmaq üçün  mövqeyinizi (əgər varsa) bildirəsiz.  

12. Etnik azlıqların hüquqları:  Etnik azlıqların Gürcüstanın sosial-siyasi həyatında tam iştirakı və inteqrasiyasını təmin etmək üçün hansı siyasəti yürüdəcək və ya dəstəkləyəcəksiz ?
 
13. Ətraf mühitin qorunması/ekalogiya: Xahiş edirik, sağlam və təhlükəsiz ətraf mühitin yaradılması ilə bağlı təkliflərinizi (əgər varsa) təqdim edəsiz.

14. Strateji partniyorluq:  Hansl ölkə/ və ya ittifaqlarla (alyanslarla) strateji partniyorluğun eləcədə, hərbi strateji partniyorluğun qurulmasına çalışacaqsız? Bu istiqamətdə hansı addımları atacaqsız?  

15. Regional əməkdaşlıq: Sizin Cənubi Qafqaz və Qara Dəniz regionu ilə bağlı siyasətiniz nə olacaq?

16. Müdafiə siyasəti: Müdafiə sistemini necə təşkil edəcəksiz?

17. Təhlükəsizlik siyasəti: Gürcüstanın milli təhlükəsizlik ilə bağlı fundamentl prinsiplərini necə görürsüz?

18. Abort: Sizin fikirinizcə abort qadağan olunmalıdır ya yox? Və Niyə?

19. Komersiya kreditləri: Fikirinizcə, əgər insanlar krediti verə bilmirsə komersiya bankları onların daşınmaz əmlakını konfiskasiya edə bilərmi? Və niyə?  

20. Kənd təsərrüfatı torpaqları: Xarici vətəndaşların Gürcüstanda kənd təsərrüfatı torpaqları almasına münasibətiniz?

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia