Çikaladze Giorgi » Təhsil

Təhsil siyasəti ilə bağlı baxışınız nədir? İbtidai, ikinci dərəcəli, ali və profesional təhsilin səviyyəsin və keyfiyyətin qaldırmaq üçün hansı siyasəti yürüdəcəksiz?

Təhsil siyasəti ən prioritetiv sahə kimi ictimai kapitallaşdırılmanın daim yüksəldilməsinə yönəldilməlidir. Təhsil sisteminin hər tərkib hissəsi bütövlükdə müasir avtomatlaşdırılmış sistemlərlə komplektləşdirilməlidir. Eləcə də, təhsil sistemi əməkdaşlarının ilbəil testləşdirilməsi üçün, Avro ittifaqı və Amerikadakı mövcud proqramlar üzrə proqramlar işlənməlidir.

Orta təhsil sistemində istedadların aşkarlanmasına səbəb proqramlar tətbiq edilməlidir, həmin proqramlar eyni zamanda istedadlıların sahə yönəldilməsinə də yardım göstərəcək. Məktəblər bazasında istedadlı uşaqlar üçün xüsusi təcrübə dərnəkləri də yaradılmalıdır. Bu cür məktəblər testləşdirilmə proqramları tərəfindən seçilmiş yüksək qiymətlər alan müəllimlərlə komplektləşdirilməlidir.

Qarşılıqlı əməkdaşlıq proqramları yaradılaraq Avropa və Amerikanın aparıcı məktəblərinin şagirdlərilə mübadilələr gerçəkləşdirilməlidir.

Mövcud nailiyyətlərdən istifadə etmək üçün ixtisas biliyinin keyfiyyəti yaxşılaşdırılmalıdır, bunun üçün dövlət tərəfindən tövsiyə edilən iqtisadi kursların tələbləri əsasında seçilən sahə ixtisasları üçün xüsusi proqramlar işlənməlidir. Ali məktəblərdə institut və universitetlərin təhsil sistemlərində oxumağı bitirdikdən sonra tələbələrin işlə təmin edilməsi proqramları fəal tətbiq edilməlidir.

Təhsil Nazirliyi tərəfindən bacarıqlı tələbələri dövlət tərəfindən maliyyələşdirmə proqramı işlənməlidir, həmin proqram istedadlı tələbələri oxumağa davam etdirrmək üçün xaricə göndərməyi nəzərə almalıdır. Tələbələrin stimullaşdırılması məqsədini güdən qrantların və təqaüdlərin sayı çoxalmalıdır.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia