Burcanadze Nino » İqtisadiyyat

İqtisadi artımı sürətləndirməklə bağlı baxışınız nədir? Hansı sahələr sizin prioritetinizi təşkil edir və bununla bağlı Gürcüstan parlamenti və hökümətinə nə təklif edəcəksiz?

Gücrüstanda ölkə üçün prioritet olam iqtisadi istiqamətlər müəyyənləşdirilməlidir. Gürcüstanın müstəqil dövlət olduğundan etibarən bu cür işlər aparılmamışdır.

Prioritet iqtisadi istiqamətlər müəyyən edildikdən sonra o qanunvericilik səviyyəsində əks olunmalıdır. Kiçik və orta biznesin stimullaşdırılması məqsədilə əlavə dəyər vergisi həddini 100 mindən 150 min lariyə qədər yüksəltməliyik; eləcə də biznesin stimullaşdırılması üçün, müəssisə tərəfindən gəlirin 80%-dan artıq reinvestisiya edildikdə, həmin müəssisə də, reinvestisiya alan müəssisə də növbəti ildə gəlir vergisindən azad olunmalıdırlar; Gürcüstanda turist mövsumunun qısa müddətli olmasına görə turist regionlarında turist biznesi ilə məşğul olan hüquqi şəxslərə qanun əsasında əmlak vergisinin diferensiyası mövsum üzrə müəyyən edilsin; Prezident tabeliyində antimonopoliya xidməti yaradılmalıdır ki, ölkədə rəqabətqudrətli mühitin hasilinə və onun müdafiəsinə qarantoru olsun.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia