Burcanadze Nino » Yerli idarə etmə

Sizin fikirinizcə, Gürcüstanda yerli özünü idarəetmə necə təşkil olunmalıdır?

Demokratiyaya yerli özünüidarəetmədən başlayır. Özünüidarəetmə vahidlərinin səlahiyyətləri və maliyyə resursları genişlənməlidir ki, yerli infrastrukturunun intizamlanması və əhali üçün ictimai xidmətin göstərilməsi müvafiq dərəcədə təmin edilsin. Hər kənddə və hər şəhərin hər bir məhəlləsində daimfəaliyyətdə olan ictimai şuralar seçiləcək. Həmin şuralar yerli hakimiyyət orqanları tərəfindən qərar qəbul etmə prosesinə əhalinin fəal qatılmasını təmin edəcəklər.

Prezident yerli özünüidarəetmənin fəal işləməsinin qarantı olaraq mərkəzi hakimiyyətin onların işlərinə qatılmamasını təmin edəcək. Region idarəçiliyi möhkəmlənəcək. Regionlara müvafiq səlahiyyətlər və stabil maliyyə resursları veriləcək ki, onlar regionun sabit sosial-iqtisadi inkişafını onun müqaisəli məziyyətlərindən istifadə edərək təmin etsin.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia