Burcanadze Nino » Ərazi bütövlüyü

Ərazi bütövlüyünü bərpa etmək və insanlar arasında qarşılıqlı inamı yüksəltmək üçün hansı siyasəti dəstəkləyəcəksiz?

Ərazi bütövlüyünün bərpası dövlət siyasətimizin mühüm prioritetinə çevrilməlidir. Bu prosesin uzun-uzadı müddətdə qalması yol verilməzdir. Bu problemin həlli üçün fəal hərəkətə başlamalıyıq. Bizim siyasətimiz ərazi bütövlüyün bərpasını, qaçqınların qaytarılmasını, münaqişə regionlarında əhalinin təhlükəsizliyinin təminini nəzərə alır.

Gürcülərlə birlikdə bir dövlətdə yaşamaq münaqişə regionlarında yaşayan əhalinin maraqları və istəkləri ilə tam müvafiq olmalıdır.

Münaqişənin həlli konsensus əsasında hər bir tərəfin maraqlarını nəzərə alaraq mümkündür. Bir tərəfin nailiyyəti mexaniki olaraq ikincinin məğlubiyyəti olmamalıdır.

Ərazi bütövlüyün bərpasında siyasi, iqtisadi, hərbi və digər komponentləri ehtiva edən ölkə təhlükəsizliyini təmin etmək əhəmiyyət kəsb edir. Milli təhlükəsizlik konsepsiyası ciddi yeniləşmə tələb edir.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia