Burcanadze Nino » Strateji partniyorluq

Hansl ölkə/ və ya ittifaqlarla (alyanslarla) strateji partniyorluğun eləcədə, hərbi strateji partniyorluğun qurulmasına çalışacaqsız? Bu istiqamətdə hansı addımları atacaqsız?

Gücrüstan Avropa sivilizasiyasının ayrılmaz hissəsidir. Gürcüstanın xarici siyasətinin əsas vektoru tarixən Gürcüstanın müstəqilliyinin ilk günlərindən müəyyən edildi və hasilə çatdı. O Avropa və qərb dəyərlərinə yönəldilmişdir. Məhz buna görə də qərblə strateji əməkdaşlığın dərinləşməsi əhəmiyyət kəsb edir. Gürcüstan beynəlxalq əlaqələr sisteminin subyekti kimi ərsəyə gəlməlidir, yalnız obyekti kimi qalmamalıdır. Beynəlxalq əlaqələrdə avantürizmin inkar edilməsi vacibdir. Təsir mərkəzləri arasında əlagələrin gərginləşməsi və münaqişələrin qızdırılması da həmçinin inkar edilməlidir. NATO ilə əlaqələrimiz üçüncü ölkənin legitim maraqlarına zidd olmamalı, əksinə regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməlidir.

Qonşuluq siyasəti çərçivəsində Avroittifaqla maksimal yaxınlaşmaqda, təsəvvüri və azad ticarət razılaşmasına nail olmaq və perspektivdə tam hüquqlu üzvlük prioritetidir. Bununla yanaşı qonşuluq əlaqələrinin yaradılması qonşu və regionun digər dövlətlərilə vacibdir. Xüsusən Türkiyə ilə əlaqələrimiz qeyd edilməlidir. Türkiyə Gürcüstanı siyasi, iqtisadi yaxud hərbi əməkdaşlıq sahəsində tərəfini fəal tutur. Azərbaycanla çoxillik siyasi və iqtisadi əlaqələr birləşdirir, o cümlədən, Azərbaycanla strateji əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Ermənistanla əlaqələrimizin genişlənməsi də vacibdir. Son illərdəki keçmiş hökümətin şüursuz və tənzimsiz siyasəti Rusiya ilə münasibəti çox gərginləşdirdi: nəticədə 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsinin işğal edilmiş 20% ərazinin və Rusiya tərəfindən Abxaziya və “Cənubi Osetya”-nın tanınmasının şahidi olduq. 5 ildən sonra da müharibənin mənfi cəhətlərini hiss edib görməkdəyik. Məsələn, Rusiya tərəfindən “sərhədin” demarkasiyası işləri: aydındır ki münaqişəni ölü nöqtədən tərpətmək üçün və ərazi bütövlüyün bərpası üçün yalnız diplomatik etiraz notları kifayət etmir və reallıq tələb edir ki Rusiya və Gürcüstan arasında yüksək səviyyədə dialoq başlasın. Yalnız belə addımla qaçqınları doğma yerlərinə qaytarmaq şansı yarana bilər.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia