Burcanadze Nino » Abort

Sizin fikirinizcə abort qadağan olunmalıdır ya yox? Və Niyə?

Demoqrafik vəziyyətdən və abortun mənfi cəhətlərindən heç nə deməsək də, qadağa qoymaq çıxış yolu deyildir. Hər şeyi o istiqamətə yönəltməliyik ki, hamiləliyin xitam edilməsi aradan qaldırılsın. Ölkədə o cür sosial-iqtisadi mühit yaradılmalıdır ki çoxuşaqlı ailələr üçün imkanlar yaradılsın; millətin artması, yenidoğulanların böyümə-tərbiyəsi və qadınların sağlamlığının qorunması üçün yalnız ümumi şəraitlər deyil, xüsusi maddi stimullar gerçəkləşdirilməlidir. 

Bu nöqteyi-nəzərdən təhsilin böyük əhəmiyyəti var. Müntəzəm şəkildə cəmiyyəti məlumatlandırmalıyıq ki, ölkə depopulyasiya təhlükəsi qarşısında olduğundan xəbərdar olsunlar. Millət oyanmalı və səfərbər olunmalı və məsuliyyət hissi keçirməlidir.

Aborta ilk dəfə gedənə, abortun mənfi tərəflərini başa salaraq ondan imtina etməsi məsləhəti verilməlidir, söhbətlər aparılmalıdır. Müəyyən tədbirlər cins baxımından edilən abortlara qarşı görülməlidir. Lakin tibbi göstərişlərlə şərtlənən abortlar da nəzərə alınmalıdır.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia