Burcanadze Nino » Vergiqoyma və kredit

Fikirinizcə, əgər insanlar krediti verə bilmirsə komersiya bankları onların daşınmaz əmlakını konfiskasiya edə bilərmi? Və niyə?

Əvvəlki hakimiyyət biznesi qorxu altında saxlayırdı, özəl əmlaka sahib olurdu, qəsb edirdi. Halbuki bu əmlak əksər hallarda bank krediti ilə əldə edilmişdir. Özəl bizneslərin əmlakı məhkəmə vasitəsilə dövlətin xeyrinə keçirilirdi, əhalidən milyarlarla lari çıxarılırdı.

11 ay ərzində Gürcüstanın yeni hakimiyyəti ipotekarlar problemini həll edə bilmədi! Gürcü bankları kreditlər əvəzində əhalinin əmlakını qəsb edərək onları bayıra atmağı hələ də davam edir. İspaniyada bir qadın evindən bayıra atıldığı üçün özünü qətlə yetirdi: İspaniyanın bankları fövqəladə müzakirə apardılar və borcların ödənilməsini iki il müddətində dayandırdılar.

Gürcüstan höküməti, milli bank və banklar assosiyasiyası bu prosesləri kənardan müşayət edirlər. Bank sektoru çox əhəmiyyətlidir, bunu yaxşı başa düşürük, lakin Gürcüstanda bəzi yüksəkrütbəli bank məmuru gündə 13 min lari əldə edir və bu isə ədalətsizlikdir.

Hesab etmirik ki borcları dövlət ödəsin, əlbəttə yox, bununla borc alanlarda tələb etmirlər. Ancaq borcların müddətinin uzadılmasını istəyirlər, faizlərin endirilməsini tələb edirlər.

Kompromisin mütləq vacibdir olduğunu düşünürük. Elə qərar qəbul edilməlidir ki, nə bank sistemi zərər çəkmiş olsun, nə də insanlar öz mənzillərindən atılsınlar.

Zərər çəkənlərə mən vəd etdim ki, onların problemini səsləndirəcəkdim və hökümətə qədər çatdıracaqdım. Bilmirəm Gürcüstanın hakimiyyəti bu elanı eşidəcəkmi, lakin mən yenədə kütləvi surətdə təkrar edirəm: Mənim prezident proqramımda bu məsələ mütləq öz əksin tapacaq və prezidentliyinin ilk günündən çalışacağam ki, ev-eşiklərindən atılanların sayına yeni sosial cəhətdən müdafiəsiz və bədbaxt insanların sayı əlavə olmasın.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia