Burcanadze Nino » Təhlükəsizlik siyasəti

Gürcüstanın milli təhlükəsizlik ilə bağlı fundamentl prinsiplərini necə görürsüz?

Siyasi, iqtisadi, hərbi və digər komponentləri ehtiva edən Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi Gürcüstanın inkişafı üçün mühümdür. Milli təhlükəsizlik konsepsiyasının adekvat muzakirəsi və yeniləşməsi vacibdir.

Gürcüstan beynəlxalq əlaqələri sisteminin subyekti kimi ərsəyə gəlməlidir və bu əlaqələrin obyekti kimi qalmamalıdır. Təhlükəsizlik sahəsində siyasətimizin əsas prinsip prevensiv diplomatiya olmalıdır.

Beynəlxalq əlaqələrdə avantürizm, təsir mərkəzləri arasında əlagələrin gərginləşməsi və münaqişələrin təhriki inkar edilməlidir. NATO ilə əlaqələrin dərinləşməsi üçüncü ölkələrin legitim maraqlarına zidd olmamalı, əksinə regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməlidir.

Qonşuluq siyasəti çərçivəsində avroittifaqla maksimal yaxınlaşma, təsəvvüri və azad razılaşmaya nail olmaq və perspektivdə tam hüquqlu üzvlük.

Ölkənin təhlükəsizlik siyasətinin təmini üçün müvafiq konseptual bazanın hazırlanması vacibdir. Bu baza, beynəlxalq hüquq prinsipləri və tərəfdaşlığı və qonşu ölkələrin legitim maraqlarını nəzərə alaraq, ölkənin strateji maraqlarının prioritetliyini, təhlükəsizlik siyasətinin şəffaflığını və proqnozlaşdırılmasını, siyasətin ardıcıl həyata keçirilməsini və müvafiq kadr təminatını ehtiva edir.

Demokratik cəmiyyətdə hüquqmühafizə sisteminin təyinatı dövlət və vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir.

Hazırkı sima ilə təqdim edilən monopolistin –daxili işlər nazirliyinin yenidənqurması, xüsusixidmət və polis strukturlarının birbirindən ayrılması, yarımşöbələr arasında funksiyaların düzgün bölünməsi, sərhəd polisinin xüsusi vəzifəsindən irəli gələrək, onun muxtariyyətinin təmin edilməsi vacibdir.

Xüsusi xidmətlər (kəşfiyyəat və əkskəşfiyyat) polis və cinayəti təkid funksiyasından azad edilməlidirlər. Onlar milli təhlükəsizliyi hədələyən amillərin identifikasiyasını, proqnozlaşdırmanı yerinə yetirməli və onların neytrallaşdırılmasında iştirak edirlər. Təşkilat-struktur islahatları, kadrların seçimi, öyrənilməsi, hazırlanması, tərbiə və xidməti keçmənin sadə və şaffaf sistemi və ixtisas standartlarının tətbiqi yenidən aparılmalıdır. kadr sistemi siyasi mənsubiyyətə və şəxsi etibarlığa deyil, ixtisasçılığa və qanunamütilik prinsipinə.

Layihənin donoru

Layihə: Cənubi Qafqazda Demokratik İnistitutların İnkişafına dəstəyi Niderland Krallığının Gürcüstanda yerləşən səfirliyi tərəfindən verilir.

Created by Artmedia